Hindistan Rusiya ilə hərbi əməkdaşlığı genişləndirir | VİDEO

Hindistan Rusiya ilə  hərbi əməkdaşlığı genişləndirir    | VİDEO
  25 Sentyabr 2025    Oxunub:521
Moskva ilə Nyu-Dehli arasında hərbi sənayedə tərəfdaşlıq böyük əhəmiyyət kəsb edir.
AzVision.az xəbər verir ki, Hindistanın baş naziri Narendra Modi belə bəyanatla çıxış edib.

“Rusiya ilə əməkdaşlıq çərçivəsində inşa edilmiş zavodda AK-203 avtomatının istehsalı çox yaxınlarda başlayacaq. Bir çox silah növləri, o cümlədən “Brahmos” raketlərinin də artıq orada istehsalına başlanılıb”, - Modi bildirib.

Bu arada xarici KİV-lər Hindistanın “Agni-Prime” raketinin ilk buraxılışını sərgiləyən görüntüləri dərc edirlər.


Hindistanın Müdafiə nazirliyinin yaydığı məlumata görə, orta mənzilli ballistik raket mobil dəmir yolu platformasından buraxılıb.

2000 km-ə qədər məsafədəki hədəfləri vurmaq üçün nəzərdə tutulan bu yeni nəsil raket müxtəlif təkmil funksiyalarla təchiz olunub.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:



Xəbər lenti